ABŞ-dan bütün ölkələrə çağırış: “Rusiya təyyarəsinə əngəl olun”

Baxış sayı:
9676

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus Vaşinqtonun Rusiya təyyarələrinin Venesuelaya uçmasına maneə törətməyə çağırdığını söyləyib.
 
Venesuela prezidenti Nikolas Maduronu devirməyə cəhd göstərən ABŞ, Maduro hökumətinin ən fəal dəstəkçisi olan Rusiyanın bu ölkəyə girişini əngəlləməyə çalışır.
Tvitter hesabından açıqlama verən Ortagus "Biz Malta hökumətini Rusiya təyyarələrinə Venesueladakı köhnə qəddar hakimiyyəti təhcizatla təmin etmək üçün hava sahəsindən istifadəyə icazə verməkdən imtina etdikləri üçün alqışlayırıq. Biz bütün ölkələri diktator Maduroya Kremlin dəstəklərini dayandırmaq üçün Malta nümunəsini təqib etməyə çağırırıq" deyə qeyd edib.
Müxalifət.az