ABŞ-dan Bəşər Əsəd açıqlaması

Baxış sayı:
5635

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri açıqlama verib.
Cefri ABŞ-ın Suriyada Əsəd rejimini devirmək kimi bir niyyətinin olmadığını ifadə edib.
 
Cefri Əsədin hələ iç savaşı qazana bilmədiyini, ölkədə 100 minə yaxın müxalif döyüşçünün olduğunu və Əsəd rejiminin müxaliflərlə razılığa gəlməsinin vacib olduğunu bildirib.
 
Əsəddən xilas olmağa çalışmırıq
 
Cefri Atlantika Şurasında verdiyi açıqlamalarına belə davam edib:
“Biz tamamilə fərqli olan bir rejim görmək istəyirik. Bu rejim dəyişikliyi deyil, Əsəddən xilas olmağa çalışmırıq".
Eyni zamanda Suriyanın  yenidən qurulmasına toxunan Cefri, Qərb dövlətləri Əsəd rejimi ilə anlaşmaya varmadıqca Suriyanın yenidən  qurulmasında da maddi yardım etməyəcəklərini dilə gətirib.
Müxalifət.az