​ABŞ-dan bomba açıqlama: "İran..."

Baxış sayı:
3718

Muxalifət.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranı Səudiyyə Ərəbistanını hədəfə almaları üçün Yəməndəki Husilərə ballistik raket tədarük etəkdə ittiham edib. O, Vaşinqton ətrafındakı hərbi müəssisədə verdiyi açıqlamada mətbuat nümayəndələrinə ötən ay Riyad hava limanı yaxınlığında zərərsizləşdirilən bir ballistik raketə məxsus olduğunu iddia etdiyi hissələri göstərib.
Bu raketin İranda düzəldildiyini iddia edən Heyli İranın BMT qərarlarını pozduğunu deyib.
İran hökuməti isə 2015-ci ildən bəri Səudiyyə Ərəbistanının başçılıq elədiyi Yəmən hökumətinə qarşı mübarizə aparan Husilərə silah göndərdiyi barəsindəki iddiaları rədd edir.
Heyli isə bəzi texniki detalların bu ballistik raketin İran istehsalı olduğunu göstərdiyini bildirib.