ABŞ-dan bir təhdid də İngiltərəyə

Baxış sayı:
4822

ABŞ-ın Böyük Britaniyadakı səfiri Woody Conson, İngilis “Telegraph”-a yazdığı yazıda İngiltərəyə xəbərdarlıq edərək Britaniyanın İrana qarşı sanksiyaları dəstəkləmədiyi təqdirdə ciddi nəticələri olacağını bildirib.
 
Dünyada bir çox ölkəyə sanksiya tətbiq edən və gömrük tariflərinə qarşı siyasətləri ilə dünya ticarət müharibələrinin sahilinə gətirən Donald Tramp rəhbərliyindən bir təhdid də İngiltərəyə gəlib.
 
MEY HÖKUMƏTİNƏ ÇAĞIRIŞ
 
“Telegraph”-a məsələ ilə bağlı bir yazı yazan Conson, İranın əlindəki pulu vəkalət müharibələri və xaricdə düşmən fəaliyyətlər üçün istifadə etdiyini irəli sürən Conson, London rəhbərliyini "Hörmətə layiq diplomatik gücü və təsirini" istifadə etməyə çağırıb.
Conson, "Prezident açıq şəkildə bildirmişdi. İrandakı kommersiya maraqlarını, qlobal faydanın önünə qoyacaq olanlar, ABŞ ilə apardığı ticarətdə ciddi nəticələrə qatlanma riskini alacaqlar" deyə, bildirib.
Qeyd edək ki, ötən həftə İngiltərənin Yaxın Şərq əlaqələrindən məsul naziri Alistair Burt, İranla quruculuq müqaviləsini müdafiə etmiş və "Nüvə müqaviləsinə bölgə təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi baxdığımız məsələni dəqiqləşdirmişk. Həqiqətən əhəmiyyətli olduğunu düşünürük və bir çox tərəfdaşımızın qəbul etdiyi sazişə sadiqik" ifadələrini işlətmişdi.
Müxalifət.az