​ABŞ-dan Ankaraya NÖVBƏTİ TƏHDİD: Türkiyə “S-400” alarsa...

Baxış sayı:
5623

ABŞ Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib.
Ankarada bir qrup jurnalistə danışan yüksək vəzifəli amerikalı səlahiyyətli Türkiyənin həm “S-400”, həm də “Patriot” zenit-raket sistemləri almasının mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə verib. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot” satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Bundan sonra “Anadolu” agentliyi bildirib ki, ABŞ-ın nümayəndə heyəti “Patriot”ların satışı üzrə təklifi Türkiyəyə təqdim edib.
Ötən ay NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, “S-400” zenit-raket komplekslərindən imtina barədə şərt irəli sürülərsə, Türkiy ABŞ-dan “Patriot” sistemləri almayacaq./Publika
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.