ABŞ daha bir seks qalmaqalı ilə çalxalanır - milyarder Cefri Epsteynin azyaşlı qızlar şövqü

Baxış sayı:
12379

Bir dəfə ömürlük həbsdən qurtulmuş iş adamı bu dəfə daha böyük cəncələ düçar olub ABŞ-da daha bir seks qalmaqalı baş verib. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Parisdən Nyu-Yorka qayıdan kimi həbs olunan amerikalı milyarder Cefri Epsteyn Donald Tramp hakimiyyətini dərindən sarsıdıb. Amerikalı iş adamı C.Epsten insan alveri ittihamı ilə həbs edilib. Həbsin dərhal ardınca FTB hərəkətə keçib. İş adamının Manhettendəki lüks rezidensiyasına basqın edilib. Basqın küçədən keçən biri tərəfindən kamera ilə çəkilib. Böyük və lüks evdə tapılan sübutlar isə heyrətamizdir. Cefrinin içində uşaq pornoqrafiyası kasetləri olan böyük bir kassası ortaya çıxarılıb. Bundan başqa, evdə üzərinə əl yazısı ilə “Çılpaq qızlar” sözləri yazılmış kasetlər, yüzlərlə, hətta minlərlə çılpaq qadın şəkilləri aşkar olunub. Şəkillərdəki qızların hələ yetkinlik yaşına çatmadığı qeyd edilir. Başqa bir otaqda isə yetkinlik yaşına çatmayan qurban qızların ad və əlaqə məlumatlarının olduğu qeydlər ələ keçirilib. Nyu-York müvəkkili Gofri Bermanın hazırladığı iddianamədə milyarderin yetkinlik yaşına çatmayan gənc qızlara çılpaq masaj etdirmək və bu qızlardan pul qarşılığında başqa kiçik yaşda qızları tapmalarını istəməkdə ittiham olunur. Epsteynin yaşları 14-ə qədər olan qızlara təcavüz etdiyi bildirilir. Kurtni Vild sözügedən qızlardan biridir. O, indi Epsteynin üzünə durur və o dönəmdə yaşadıqları ilə bağlı müsahibə verir. ABC kanalına verdiyi müsahibəsində Kurtni aşağıdakıları deyib: “Mətbəxində ayaqüstə dayandığımı xatırlayıram. Orada məndən başqa bir çox qızlar vardı”. Hazırda 30 yaşında olan Vild Epsteynlə qarşılaşdığı zaman 14 yaşında olub. Vildin etiraflarındakı ən qorxunc detal isə o dönəmdə Epsteynə yeni qızlar tapması üçün yardım etməsi olub: “Ən azı özüm qədər gənc qızlar tapmağımı istəyirdi. Gətirə bildiyim qədər qız gətirməyimi istəyirdi. Əsla kifayətlənmirdi”. Mişel Likata isə Epsteyn barəsində cinsi aktlara məcbur etmə ilə bağlı şikayət ərizəsi verən bir qadındır. 16 yaşında olanda liseydən bir rəfiqəsi tərəfindən Epsteynin evinə aparılıb. Amerikalı milyarder qızdan onu masaj etməsini xahiş edib. Likata hadisə anı ilə bağlı aşağıdakıları deyib: “Kürəyini oxşamağımı istədi. Sonra “daha aşağı” dedi. Bunu dəfələrlə təkrarladı”. Epsteynin vəkili son iddilarla bağlı hər hansı açıqlama verməyib. Qan donduran hadisələr zəncirinin təəccüb doğuran bir arxa planı da var. Cefri daha öncə də cinsi ittihamlarla həbs olunub. 11 il öncə, 2008-ci ildə, ona qarşı yetkinlik yaşına çatmayan qızlara cinsi istismar ittihamı ilə cinayət işi açılıb. Floridadakı ittiham aktında ömürlük həbs cəzası məsələsi gündəmdə idi. Amma prokurorluq milyarder iş adamı ilə anlaşıb və sonuncu 13 ay həbs cəzası ilə qurtulub.