​ABŞ daha bir ölkəyə "PATRİOT" satdı

Polşa ABŞ-dan “Patriot” havadan müdafiə sistemi alıb.
Muxalifət.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentagon) məlumat verilib.
Məlumata görə, Polşa “Patriot 3” konfiqurasiyasına sahib birləşmiş hava və raketdən müdafiə sistemi ilə yenilənmiş sensor komponentləri üçün 10,5 milyard dollar ödəyib.
Müdafiə sisteminə “4 AN/MQP-65” radar dəsti, 4 kilid nəzarəti sistemi, 16 M903 atış stansiyası və 208 inkişaf etdirilmiş Patriot-3 (PAC-3) raket daxildir.
Polşa yeni müdafiə sisteminə sahib olmaqla, Avropada sülhü və sabitliyi qorumaq niyyətindədir.
Qeyd edək ki, “Patriot” müdafiə sistemi NATO ölkələri arasında ABŞ-la yanaşı, Hollandiya, Almaniya, İspaniya və Yunanıstanda mövcuddur.
NATO xaricində isə Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Tayvan və Cənubi Koreya bu sistemdən istifadə edir./publika.az/