ABŞ daha bir ölkəni hədələdi

Baxış sayı:
4378

ABŞ, Rusiyadan S-400 hava müdafiə sistemi satın almağı planlaşdıran Hindistana, müqavilə həyata keçdiyi təqdirdə sanksiya tətbiq edəcəyi xəbərdarlığı edib.
 
ABŞ Xarici İşlər Nazirliyindən bir səlahiyyətli, "The Hindu" adlı xəbər saytına verdiyi açıqlamada, Hindistanın Rusiyadan S-400 hava müdafiə sistemi satın aldığı təqdirdə, ABŞ-ın Düşmənləri Sanksiyalar Yolu İlə Mübarizə Etmə Qanunu (CAATSA) çərçivəsində İran, Şimali Koreya və Rusiya ilə "mühüm mübadilə" edən hər hansı bir ölkəyə tətbiq olunacaq sanksiyalardan azad edilməyəcəyini söyləyib.
Səlahiyyətli, "Bütün müttəfiqlərimizə və tərəfdaşlarımıza, Rusiya ilə CAATSA çərçivəsində sanksiyalara səbəb olacaq mübadilədən imtina etməyə dəvət edirik" deyib.
Hind mənbələr də ABŞ rəhbərliyinin bir müddətdir ki, Hindistana Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı azaltması istiqamətində təzyiq etdiyini, Hindistanın isə S-400 barədə niyyətini açıq şəkildə dilə gətirdiyini qeyd ediblər.
Yeni Dehli və Kreml rəhbərliklərinin, Rusiya prezidenti Vladimir Putinin Hindistana bu gün başlayacaq  2 günlük səfəri zamanı S-400 anlaşmasını bəyan etmələri gözlənilir.
Müxalifət.az