ABŞ-a daha bir çağırış: Çəkil!

Baxış sayı:
10636

İranın Bağdaddakı səfiri İrəc Məscidi ABŞ qüvvələrinin İraqdan çəkilməsini istəyib.
 
Məscidi Bağdadda təşkil edilən bir proqramda jurnalistlərə etdiyi açıqlamada, "İraqdakı sabitlik və təhlükəsizlik İraq silahlı qüvvələri sayəsində reallaşdı. ABŞ qüvvələrinin İraqdakı varlığıyla əlaqədar son qərar ölkə səlahiyyətlilərinin əlindədir" deyib.
ABŞ prezidenti Donald Trampın Amerikanın CBS televiziyasında, "İraqdakı bazanı saxlamaq istəyindən birinin İranı bir az izləməklə bağlıdır, çünki İran həqiqi bir problemdir" açıqlamasından sonra İran səfiri Məscidi "Vaşinqton qüvvələrini İraqdan geri çəkməlidir" deyib.
Qeyd edək ki, Şiə milis gücü olan “Asayib Ehlilhak Hərəkatı”nın lideri Kays əl-Hazel də dünən ABŞ əsgərlərinin parlamentdən çıxacaq qərara baxmayaraq İraqda qalmağa davam etdiyi təqdirdə buna qarşı çıxmağa (silahlı olaraq) hazır olduqları ilə təhdid etmişdi.
İraq Məclis sədrinin birinci müavini Həsən əl-Kaabə də dünən etdiyi yazılı açıqlamada, Trampın açıqlamasını qınayaraq İraqın başqa bir ölkəyə qarşı hücum üçün plasdarm olmasını qəbul etməyəcəklərini bildirmişdi.
Müxalifət.az