ABŞ-dab Avropa Birliyinə diplomatik zərbə

Baxış sayı:
5161

Avropa Birliyi (Aİ) Komissiyasının sözçüsü Maja Kojiancic Vaşinqton rəhbərliyinin məlumat vermədən Aİ-nin ABŞ nümayəndə heyətinin diplomatik statusunu endirdiyi iddiasını təsdiqləyib.
 
Avropa Birliyi (Aİ) Komissiyasının sözçüsü Maja Kojiancic mövzu ilə bağlı etdiyi açıqlamada, "Diplomatik prioritet siyahısının ABŞ protokolu tərəfindən tətbiq etmə formasında yaxın zamanda bir dəyişiklik olduğunu bilirik. Qərarın Vaşinqtondakı Aİ Nümayəndə Heyətinə mümkün təsirləri haqqında müvafiq şəxslərlə görüşlərimiz davam edir" deyə qeyd edib.
 
Qeyd edək ki, Almaniyanın “Deutshce Welle” (DW) yayım təşkilatı Aİ-nin statusunun ABŞ tərəfindən keçən ilin sonunda məlumat verilmədən endirildiyini xəbər vermişdi.
Xəbərə görə, qərardan sonra ABŞ Xarici İşlər Nazirliyi nəzdində Aİ nümayəndə heyətinin statusunun üzv dövlətdən beynəlxalq qurum səviyyəsinə endirildiyi qeyd edilmişdi.
Müxalifət.az