ABŞ-da universitetdə atışma - ÖLƏN VAR
31-10-2017 10:26

ABŞ-da Solt-Leyk-Sitidə yerləşən Yita Universitetinin ərazisində naməlum şəxs silahlı hücum edib.
Atışma nəticəsində 1 nəfər ölüb.
Şəhər polisi hadisəni təsdiqləyib. Silahlı hücum edən naməlum şəxsi hələ saxlamaq mümkün olmayıb. Bu istiqamətdə iş aparılır.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.