ABŞ-da təyyarə evin üstünə düşdü! Çox sayda ölü var

Baxış sayı:
10525

 ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarənin evin üzərinə düşməsi nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
 
Cənubi Kaliforniyanın Prins County polis rəsmisi Cory Martino yalnız pilotun olduğu kiçik təyyarənin Yorba Linda şəhərində bir evin üzərinə düşməsi səbəbindən pilotun və evdəki 4 nəfərin həyatını itirdiyini və 2 nəfərin yaralandığını açıklayıb.
Yaralıların xəstəxanaya aparıldığını bildirən Martino, düşən təyyarənin parçalarının ətrafa saçıldığını və prospektdə bir çuxur əmələ gəldiyini söyləyib.
Qəzayla bağlı istintaq başlayıb.
Müxalifət.az