ABŞ-da Türkiyəyə veriləcək son F-35 dedi-qoduları - ARAŞDIRMA

Baxış sayı:
33187

Serdar Turgut, Habertürk
 
Türkiyə S-400 ilə əlaqəli F-35 böhranını məqbul bir həll yolu tapmaq üçün Amerikaya bir işçi qrupu yaradılması təklifini etmişdi.
 
Beynəlxalq Valyuta Fondunun toplantısı münasibətilə burada olan nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirdikdən sonra Amerikan rəhbərliyinin bu məqbul təklifi rədd etdiyi xəbəri gəldi.
Bu hadisə bizə nəyi göstərdi:
1.Prezident Tramp və yaxınındakı yüksək səviyyəli səlahiyyətli görüşdüyü Türk nümayəndəsinə nə deyirsə, desin, necə davranırsa, davransın, bunun son nəticədə o qədər də əhəmiyyəti yoxdur. Çünki burada hakimiyyət içində Türkiyə ilə problem çıxarmağa qərarlı bir güruh var və bunlar da Konqres ilə əlaqəli çalışırlar. Türkiyə gələcəkdə "Bəs bizlə müsbət danışmışdınız" dediyi zaman bunlar da məsuliyyəti Konqresə ataraq işin içindən çıxmağı planlaşdırırlar.
 
TÜRKİYƏNİN YENİ REGİONAL GÜC ARXİTEKTURASI
 
Amerika sadəcə Stels xüsusiyyətini (təyyarənin radarda görülməməsi xüsusiyyətini) pozacaq deyə S-400-lərin alınmasına qarşı deyil. Bunun eyni zamanda, Türkiyənin Amerikanı kənarlaşdıraraq ona yeni bir regional güc arxitekturası yaratmaq cəhdi olduğunu bilirlər və bundan da heç xoşlanmırlar burada.
Belə ki, burada, Pentaqonda, Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasına yaxın bir yerdə Rus döyüş gəmilərinin olacağını, bir yeni liman/baza yaratmaq fikrini də danışdığı deyilir. Bu haqda məlumat verilməsə də, hakimiyyət daxilində xeyli həyəcanlı çıxışlara yol açdı.
 
F-35 PROQRAMI ZƏRƏR GÖRƏCƏK
 
Bu arada F-35 proqramının həyata keçirilməsindən məsul admiral Mat Winter Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki çıxışında, Türkiyə F-35-lərin istehsal prosesindən çıxarıldığı təqdirdə təyyarələrin istehsal zəncirinin 45 ilə 90 gün ərzində mənfi mənada təsirlənməyə başlayacağını, çünki Türkiyənin bütün təyyarənin istehsalının 6-7 faizini təşkil edən hissəsini istehsal etdiyini söyləyib.
Amerika aralarında Yunanıstanın da olduğu yeni ölkələrə də F-35 satmağı düşünərkən, bir də istehsal prosesində belə bir axsama olması ehtimalı nümayəndələrə heç də xoş gəlmir.
Hadisəyə texniki obyektivlik prizmasından baxan komanda Türkiyəylə münaqişə baş verməsindən razı deyil, amma bunların siyasi gücü o qədər də özünü göstərmir Vaşinqtonda.
 
PİLOTLARIN TƏHSİLİ DAVAM EDİR
 
Arizona ştatında Luke Hərbi Bazasında F-35-lər ilə bağlı təhsil almaq üçün gələn Türk pilotların təhsili ara vermədən davam edir.
Daha əvvəl iki F-35 təyyarəsi pilotlara təhvil verilmişdi.
Üçüncüsü də verilib. İndi də dördüncüsü verilmək üzrədir. “İki ölkə arasında problem yaşanır” açıqlamaları davamlı gələrkən proqramın bu hissəsi fasiləsiz davam etdirilir.
Bu da Amerika rəhbərliyi daxilində problemin aradan qaldırılmasını da istəyən güruhun olduğunu göstərən ən aydın təzahürüdür.
Təyyarələr kağız üzərində Türkiyəyə verilmiş kimi görülsə belə, əgər problemlər bir şəkildə həll edilməzsə, qarşıdan gələn oktyabr ayında bunların Türkiyəyə uçması gündəmə gələndə buna icazə verilib verilməyəcəyi hələ də şübhəli görünür. Anlaşılan odur ki, son dərəcə ağrılı enişli yoxuşlu bir proses yaşanır burada və Türkiyənin problemi həll etmək üçün əlində hələ də daha güclü arqumentləri var. Xarici işlər naziri Pompeo məhz bu səbəbdən “problemin həll edilməsi ümidi var” açıqlamasını edir.

Hazırladı: Müxalifət.az