ABŞ-da Türkiyəyə təhdid - "Ya yeni nəsil F-35 təyyarələri almalıdır, ya da..."

Baxış sayı:
4864

Türkiyə ya Rusiyadan S-400 sistemləri, ya da ABŞ-dan yeni nəsil F-35 təyyarələri almalıdır. Ankara ikisindən birini seçməlidir.

Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı senator Ceyms İnhofe deyib.

Senator bildirib ki, Türkiyə F-35 proqramında qalması üçün Rusiyadan almağı planlaşdırdığı S-400 kompleksinə dair razılaşmanı dayandırmalıdır.

Senatın Silahlı Xidmətlər Komitəsinə rəhbərlik edən Ceyms İnhofe əlavə edib ki, Türkiyə S-400 kompleksindən imtina etməsə, F-35 proqramında 8 partnyor ölkədən biri olması məsələsi təkrar müzakirə oluna bilər.

Sonda o, elan edib ki, Türkiyə Rusiyadan S-400 almağa davam edərsə, bunun nəticələri olacaq./teleqraf.com