ABŞ-da “Tufandan öncəki sakitlik”...

ABŞ Prezidenti Donald Tramp yüksək rütbəli hərbi liderlərlə görüşür.
 
ABŞ hərbi liderləri ilə İran və Şimali Koreyanı müzakirə etdikdən sonra Prezident Donald Tramp onlarla birlikdə şəkil çəkdirmiş və həmin anı “tufandan öncəki sakitlik” adlandırmışdır.
“Siz bilirsiz ki, bu nəyin göstəricisidir?” Tramp Ağ Evdə toplaşmış jurnalistlərdən soruşub. Nahardan qabaq otaqda Trampla bərabər birinci xanım Melania və uniformalı hərbi zabitlər və onların xanımları olub.
Biz bu diktaturanın millətimizi və müttəfiqlərimizi ağlasığmaz itkilərlə hədələməsinə imkan verə bilmərik. Biz nə lazımdırsa, onu da edəcəyik.
“Ola bilsin ki, bu, tufandan öncəki sakitlikdir.”
Nə tufan?
“Görəcəksiniz,” deyə Tramp sual soruşan müxbirlərə cavab verib.
Arxa fonda klassik musiqi səslənib və Göy Otaqda təmtəraqlı ziyafət üçün stollar düzlənib.
Ağ Ev Trampın ifadələrinə aydınlıq gətirməyib.
Həmin gün bir qədər öncə Prezident Tramp Şimali Koreyanın törətdiyi təhlükə və İranın atom bombası əldə etməsinin qarşısını almağın vacibliyindən söz açıb.

Şimali Koreya lideri Jim Conq Unu "balaca raket adamı" adlandıran Prezident Tramp Pxenyan rejimindən qaynaqlanan təhlükənin qarşısını alacağına söz verib.
Şimali Koreya lideri Jim Conq Unu "balaca raket adamı" adlandıran Prezident Tramp Pxenyan rejimindən qaynaqlanan təhlükənin qarşısını alacağına söz verib.
“Şimali Koreyada məqsədimiz denuklearizasiyadır,” Tramp bəyan edib. “Biz bu diktaturanın millətimizi və müttəfiqlərimizi ağlasığmaz itkilərlə hədələməsinə imkan verə bilmərik. Biz nə lazımdırsa, onu da edəcəyik. Və inanın mənə, lazımdırsa o, ediləcək.”
Bu arada yüksək rütbəli ABŞ rəsmisi Trampın İranla nüvə anlaşmasını ləğv edəcəyinin gözlənildiyini bəyan edib.