ABŞ-da Trampın şərəfinə "Artsax" mahnısı oxundu - ERMƏNİSTAN VƏ ABŞ BAYRAQLARI ALTINDA / VİDEO

Baxış sayı:
7231

Erməni döyüşçü Nyu-Yorkda rinqdə qalib gəlib və Trampın şərəfinə "Artsax" bəstəsini səsləndirib.
Nyu-Yorkun “Madison Square Garden” klubunda, ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi 500-cü UFC 244 (Ultimate Fighting Championship) qarışıq döyüş sənəti üzrə yubiley turniri keçirilib.
Turnirin ilkin görüşlərində (axşamın əsas döyüşlərindən əvvəl ilkin döyüşlər keçirilir) erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan, UFC-də Brad Tavaresi ard-arda məğlub edərək üçüncü qələbəsini qazanıb.
Erməni boksçu əlində Ermənistan və ABŞ bayraqlarını tutaraq “Artsax” kompozisiyası sədaları altında rinqə girib.
“Biz bunu etdik, 11: 0 ! Zalda heyrətamiz eberji var idi! Sevginiz və dəstəiniz üçün hamınıza təşəkkür edirəm! Etdiyim işi sevirəm! ”, deyə Edmen Şahbazyan İnstaqram səhifəsində yazıb.
Muxalifet.az