ABŞ-da “Tramp vəzifədən çıxarılsınmı” sorğusu: MARAQLI NƏTİCƏLƏR

Baxış sayı:
1576

“Vaşinqton Post” qəzeti ilə “ABC News” tərəfindən aparılan sorğu anketində, Amerikalı seçicinin yarısından çoxunun Trampa qarşı olduğu ortaya çıxıb.
 
60 FAİZ TRAMPA "YOX" DEYİB
 
Anketdəki "Donald Trampın prezident olaraq gördüyü işləri bəyənirsinizmi" sualına, Amerikalıların 60 faizi "xeyr" cavabını verərkən, "bəli" cavabını verənlərin sayı 36 faiz təşkil edib.
 
QALMAQALLA GÜNDƏMƏ GƏLMİŞDİ
 
Sorğu, 26 -29 avqustda, Trampın keçmiş kampaniya direktoru Pol Manafortun vergi və bank saxtakarlığı cinayətindən mühakimə olunduğu və Trampın keçmiş vəkili Maykl Koenin Trampın cinsi əlaqə yaşadığı qadınları susdurmaq üçün qeyri-qanuni ödəniş etdiyini qəbul etdiyi həftənin ardından keçirilib.
 
TRAMP" CİNAYƏT TÖRƏTDİ"
 
“Cohenin fahişələrə susması üçün pul ödəməsi doğrudusa, Tramp cinayət etmişdir" deyənlərin nisbəti 61 faiz ikən, "cinayət etmədi" deyənlərin nisbəti 31 faiz olub.
 
46 FAİZ "TRAMPIN VƏZİFƏDƏN ALINMASI PROSESİ BAŞLASIN" - DEYİB
 
Trampın ittiham olunaraq vəzifəsindən çıxarılması üçün iştirakçıların 49 faizi Konqresin prosesi başlaması lazım olduğunu ifadə edərkən 46 faizi isə prosesin başlanılmasına qarşı çıxıb.
 
RUSİYA ARAŞDIRMASINI DƏSTƏKLƏYƏNLƏRİN NİSBƏTİ 63 FAİZ
 
Rusiyanın 2016 prezident seçkilərinə müdaxiləsi məsələsində də iştirakçıların 63 faizi araşdırmanı dəstəklədiyini bildirib. İştirakçıların 53 faizi Trampın, xüsusi prokuror Robert Müllerin araşdırmasını əngəlləməyə çalışdığını, 35 faizi isə mane olmadığını qeyd edib.
Müllerin apardığı istintaqı dəstəkləyənlərin nisbəti 63 faiz ikən, buna qarşı çıxanlar 29 faiz təşkil edib.
Müxalifət.az