ABŞ-da Tramp üçün sorğu anketi: Yenidən seçilə biləcəkmi?

Baxış sayı:
5482

ABŞ prezidenti Donald Trampın ictimaiyyətdəki dəstək nisbətinin son iki ilin ən yüksək səviyyəsinə çıxdığı ifadə edilib.
 
“Harvard CAPS/Harris Pol” adlı araşdırma şirkəti ölkədə 2020 prezident seçkiləri yaxınlaşarkən, Trampın Amerikan ictimaiyyətindəki dəstək nisbəti ilə bağlı hesabat hazırlayıb.
Seçicilərin 48 faizinin Trampın etdiyi işləri bəyəndiyi, 52 faizinin isə əleyhinə çıxdığı ifadə edilən hesabatda, bu səviyyənin iyun 2017-dən bəri görülən ən yüksək dəstək nisbəti olduğu qeyd edilib.
Digər tərəfdən, sorğuda iştirak edənlərin 39 faizinin Trampa dəstək vermələri mövzusunda iqtisadiyyatın yaxşıya doğru getməsini səbəb göstərdikləri ifadə edilib.
 
YENİDƏN SEÇİLMƏ ŞANSI ARTIR
 
Sorğu ilə bağlı açıqlama verən “Harvard CAPS/Harris Pol”-un qurucu üzvü Mark Penn "İnsanların iqtisadiyyat haqqındakı fikirləri Trampa olan dəstək nisbətini yavaş yavaş yuxarı çəkir. Bunun yanında Çin və miqrasiya kimi digər mövzulardakı hərəkətləri də burada müsbət əks olunur. İndiki vəziti ilə 45 faizlə 50 faiz arasındakı hər artım Trampın yenidən seçilməsi ehtimalını artırır" deyib.
Bununla ərabər, "RealClearPolitics" adlı veb saytı tərəfindən edilən əhatəli bir sorğu anketində isə Trampın dəstək nisbəti 42 faiz olub.
Müxalifət.az