​ABŞ-da telekanalda ATIŞMA olub, xəsarət alan var

Baxış sayı:
88

ABŞ-ın paytaxtı Vaşinqtonda, "Fox-5" telekanalında atışma olub.
Muxalifet.az "Report"a istinadən bildirir ki, buna səbəb binaya icazəsiz daxil olma cəhdi olub.
Hadisə zamanı bir nəfər yaralanıb. Həmin şəxsin kişi olduğu bildirilir. Onun səhhəti barədə məlumat verilmir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl də ABŞ-da atışma olub. Hadisə Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində baş verib. Mərasimdə iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub.