ABŞ-da tarixin ən böyük qalmaqalı

Baxış sayı:
10513

ABŞ-ın Ədliyyə Nazirliyi aralarında iki Hollywood ulduzunun da olduğu ən azı 50 nəfər haqqında milyardlarla dollarlıq rüşvət əməliyyatı başladıb. Bu əməliyyat ölkə tarixinin ən böyük qalmaqalların birinin ortaya çıxarılması kimi görünür. ABŞ-da dünyanın ən yaxşı universitetləri arasında yer alan Corctaun, Yel, Stanford, Texas, Cənubi Kaliforniya və UCLA-ya aldıqları rüşvət müqabilində zəngin şəxslərin uşaqlarını saxta hesabatlarla yerləşdirdikləri ortaya çıxan şəxslərin nəzarətə alındıqları və istintaqın daha da dərinləşəcəyi qeyd olunub. FTB tərəfindən təsadüfən ortaya çıxaran qalmaqala Holywoodun məşhur adlarının də qarışdığı qeyd olunub. Desperate Housewives serialı ilə məşhurlaşan Felicity Haffmən və Full House-da oynayan Lori Loughlin dünən federal məhkəməyə gətirilib. Qalmaqala adı qarışan Felicity Huffmanın 250 min dollar qarşılığında azad buraxıldığı açıqlanıb. Boston əyalətində federal prokurorlar, "təhsil məsələsində ABŞ tarixinin ən böyük saxtakarlığının gün üzünə çıxardığını" söyləyiblər. Prokurorlar sözügedən şəxsləri uşaqlarının ölkənin görkəmli universitetlərinə qəbul edilmələri üçün bir məsləhət firmasına 25 milyon dollar rüşvət verməkdə günahlandırıb. Ailələrin Uilyam Zingerin sahib olduğu təhsil məsləhət şirkətinin örtüyü olan saxta bir xeyriyyə qurumuna hər şagirdə görə 100 min dollar ilə 2,5 milyon dollar arasında pul ödədikləri qeyd edilir. Qalmaqalın başındakı şəxs kimi göstərilən Uilyam Zinger, çərşənbə axşamı günü çıxdığı məhkəmədə cinayətini qəbul edərkən, həbs olunanlar arasında yüksək səviyyəli rəhbərlərin də olduğu açıqlanıb. Uilyam Zingerin isə 2011-dən 2018-ci ilə qədər təxminən 25 milyon dollar hesabına köçürdüyü ifadə edilib. Müxalifət.az