ABŞ-da Səudiyyə Ərəbistanı GƏRGİNLİYİ

Baxış sayı:
2119

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri, prezident Donald Tramp rəhbərliyinə Yəmən məsələsində Səudiyyə Ərəbistanına "şərtsiz dəstək verdiyi" üçün təpki göstərib.
 
Komitənin təşkil etdiyi "ABŞ-ın Yəmən Siyasəti" mövzusundakı sessiyada, Xarici İşlər Nazirliyindən müşavir Devid Satterfield, Müdafiə Nazirliyindən müşavir Robert S. Karem və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) Robert Jenkins iştirak edib.
 
Sessiya müddətində senatorların, xüsusilə ABŞ-ın Yəmən siyasətində Səudiyyə Ərəbistanına verdiyi dəstəyə göstərdiyi reaksiya diqqəti çəkib. Senator Bob Menendez natiqlərə, "Sənin oğlun arxa bağçada tapança ilə sağa sola təsadüfi atəş edib, qonşularını təhlükəyə atırsa, ona daha çox mərmi verərsən, yoxsa daha az" sualını yönəldərək, Səudiyyə Ərəbistanına verilən dəstəyi tənqid edib.
Buna qarşılıq Satterfield və Karem isə hakimiyyətin Yəməndə mülki əhali üzrə itkilərin qarşısını almaq üçün səy göstərdiyini irəli sürdü. Satterfield, "Əlimizdən gələn bütün imkanlardan istifadə edərək mülki itkilərin qarşısını almağa və ticarəti davam etdirməyə çalışırıq" deyə, bildirib.
Senator Ben Carson, Müdafiə Nazirliyindən Karemə "mülki vətəndaşların ölümünün qarşısını almaq nöqtəsində hansı işləri gördüklərini" soruşub. Bunun üzərinə Karem, "Sübutumuz ortadakı nəticələrdir. ABŞ-ın bu mövzudakı şöhrəti ortadadır" deyib.
Senator Todd Young da birbaşa Səudiyyə Ərəbistanına verilən dəstəyə reaksiya göstərərək, "Səudiyyə Ərəbistanına qarşı nə kimi şərtlər ortaya qoyduq" sualını yönəldib.
Tramp rəhbərliyi nümayəndələri buna cavab vermək istəmədiyi üçün Young sualını inadla təkrarlayıb. Youngın ən sonunda "Şərtsiz dəstək verirsiniz" fikrinə qarşı Tramp hakimiyyət nümayəndələri səssiz qalmağa üstünlük verib.
Müxalifət.az