ABŞ-da silahlı hücum: ÖLƏN VƏ YARALANANLAR VAR

ABŞ-ın Merilend ştatında silahlı hücum təşkil edən şəxs saxlanılıb.
Ştatın Harford dairəsdə polis əməkdaşları Emmorton biznes-parkında insanlara atəş açan şəxsi saxlayıblar. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Polisin verdiyi məlumata görə, cinayəti törətmiş Redi Prins adlı şəxs daha sonra Delaver ştatında odlu silahla 1 nəfəri ağır yaralayıb. Onun Emmorton biznes-parkının əməkdaşı olduğu deyilir. Güllələdiyi şəxslər isə həmkarları olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.