ABŞ-da silahlı hücum: FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU

Baxış sayı:
3535

 ABŞ-ın Cənubi Karolina ştatına bağlı Florence şəhərində baş verən silahlı hücumda 5 polis məmuru yaralanıb. Yüzlərlə polis hadisə yerinə sövq ediliB, bölgədə fövqəladə vəziyyət elan edilib.
 
ABŞ-ın “Associated Press” agentliyinin verdiyi məlumata görə, yaralıların sağlıq vəziyyəti haqda konkret xəbər yoxdur və hadisə yerinə 100-dən çox polis sövq edilib. Bölgədə fövqəladə vəziyyət elan edən polis səlahiyyətliləri, xalqa çölə çıxmamaları üçün çağırış edib.
Silahlı təcavüzkarın tutularaq nəzarətə alındığı, hadisə ilə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
Müxalifət.az