​ABŞ-da Rusiya ilə bağlı qalmaqallı film çəkildi

Baxış sayı:
2383

Avqustun 31-də ABŞ-da “Fəal tədbirlər” adlı sənədli film ekranlara çıxacaq. Filmdə ABŞ və Rusiya prezidentlərinin çoxillik əlaqələrindən bəhs olunur.
Muxalifet.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Filmdə həmçinin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi faktlarından danışılacaq.
Filmin rejissoru Cek Braynan bildirib ki, Tramp bir neçə on ildir Putinin əlaltısıdır. O əmindir ki, Putin uzun illərdir kiberhücum, təbliğat və korrupsiyanın köməkliyi ilə gizli siyasi müharibə aparır.