ABŞ-da Qaşıqçı üçün imza kampaniyası!

Baxış sayı:
3199

Amerika Birləşmiş Ştatlarında, Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi küçənin adının “Camal Qaşıqçı Yolu” olaraq dəyişdirilməsi üçün imza kampaniyası başlayıb.
 
ABŞ-da iki ayrı düşüncə təşkilatından iki akademik, Vaşinqtondakı Səudiyyə Ərəbistan səfirliyinin yerləşdiyi küçənin adının, "Camal Qaşıqçı Yolu" olaraq dəyişdirilməsi üçün imza kampaniyası başlayıb.
Düşüncə təşkilatı “Center for American Progress”-dən Maykl Werz və “American Enterprise Institute”-dən Qari Şmit, "change.org" internet saytında açdıqları "Vaşinqtondakı Səudiyyə Ərəbistan səfirliyinin yerləşdiyi prospekt “Camal Qaşıqçı Yolu” olaraq dəyişdirilsin" adlı ərizə ilə imza toplamağa başlayıb.
Werz və Şmit, etdikləri açıqlamada, bu kampaniya ilə "Səudiyyə rəsmilərinə bu cür davranışlarının tamamilə qəbuledilməz olduğunu xatırlatmaq istədiklərini" deyib.
 
Bu cinayət, Amerika mətbuat azadlığı prinsipinə tam bir təcavüzdür
 
Səfirlikdəki Səudiyyə rəsmilərinin hər gün “Camal Qaşıqçı Yolu”ndan işə gedib gəlməsini istədiklərini bildirən Werz və Şmit, beləliklə, Səudiyyə və Amerika hökumətinə mesaj veriləcəyini qeyd ediblər.
Werz və Şmit, "Böyük bir Amerikan qəzeti ilə əlaqəli bir jurnalist, yazıları mövcud Səudiyyə rəhbərliyini narahat etdiyi üçün qətlə yetirildi. Bu cinayət, Amerika mətbuat azadlığı prinsipinə tam bir təcavüzdür" deyə bildirblər.
Müxalifət.az