ABŞ-da qan donduran hadisə! Yenə Səudiyyə izi..

Baxış sayı:
2386

 ABŞ-ın Nyu-York şəhərindəki Hudson çayından cansız bədənləri çıxan və Səudiyyə Ərəbistanı vətəndaşı olduqları aşkar edilən iki qız bacının ölümü hələ də sirrini qoruyur.
 
Ötən həftə çərşənbə günü cəsədləri Hudson çayında bədənləri bir-birinə lent ilə bağlanmış şəkildə olan, Virciniya ştatına bağlı Fairfax bölgəsində yaşayan Tala (16) və Rotana Farea (22) bacılarının ölümünə dair hələ də bir çox suala cavab tapılmayıb.
Bacıların Nyu-York və Nyu-Cersi əyalətlərini bir-birinə bağlayan Corc Vaşinqton körpüsündən atılaraq intihar etdikləri irəli sürülsə də, məsələyə dair ədliyyə tibb hesabatı gözlənilir.
Gənc qızların bədənlərində travmaya rast gəlinməməsi diqqəti çəkir. Polis, bu səbəblə gənc qızların körpüdən tullanma ehtimalının aşağı olduğunu qeyd edib.
 Fairfax Polis Departamentindən bildiriblər ki, qız bacılardan ən son 24 avqustda xəbər alındığı və 12 sentyabrda itkin düşdükləri bildirişi alındığı qeyd olunub.
 
SƏFİRLİK ZİDDİYYƏTİ
 
Polis rəsmilərinə görə, ölən qızların anası, cəsədlər ortaya çıxmadan bir gün əvvəl Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyindən zəng olunduğunu bildirib.
Səfirlik, qızlarının siyasi sığınma tələb etməsi səbəbindən ailədən ABŞ-ı tərk etmələrini istəyib.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyindən bir səlahiyyətli CNN-ə verdiyi açıqlamada, səfirliyin gənc qızların sığınma müraciətindən xəbərdar olduğunu, ancaq bu məsələdə ailəylə əlaqəyə keçilmədiyini bildirib.
Gənc qızların nə üçün Nyu-Yorka gəldiyi məsələsində də hələ də bir-birinə zidd olan iddialar ortaya atılır.
 
SƏUDİYYƏ ƏRƏBİSTANININ NEW YORK BAŞ KONSULLUĞU VƏKİL TUTUB
 
Digər tərəfdən, Səudiyyə Ərəbistanının New York Baş Konsulluğundan edilən yazılı açıqlamada, hadisənin yaxından təqib edildiyi və məsələyə münasibətin bir vəkilə tapşırıldığı qeyd olunub.
Qeyd edək ki, bacıların cəsədləri, ötən həftə çərşənbə günü Hudson çayının New York sahilinə vurmuş, yoldan keçənlərin xəbəri üzərinə hadisə polisə bildirilmişdi.
Müxalifət.az