​ABŞ-da qalmaqal — Trampın üstünə Rusiya bayrağı atdılar

ABŞ-da ölkə prezidenti ilə bağlı növbəti qalmaqal baş verib.
Muxalifet.az xəbər verir ki, prezident seçildiyi gündən bu yana Rusiya qalmaqalı ilə başı dərddə olan Tramp Konqres binasında etiraza hədəf olub.
Respublikaçılarla iclasa tələsən Trampın yanında senat lideri Mitç MakKonnell də olub.
Rayan Kleyton adlı aksiya iştirakçı "Tramp xəyanətdir"- deyərək əlindəki rus bayraqlarını prezidentin üstünə atıb. Tramp bu hərəkətə heç bir reaksiya verməyib.
Kleyton isə "Niyə xəyanətdən bəhs etmək lazım olduğu halda vergilərdən danışırsan? Niyə Konqres xəyanət yerinə vergidən danışır? Bu prezident seçkilərin nəticəsini dəyişmək üçün rus agentləri ilə əməkdaşlıq edib"-deyib.
Rayan "Amerikalılar hərəkətə keçir" adlı hərəkatın üzvüdür.