ABŞ-da qalmaqal: Müsəlman Konqresmenə "terrorçu" bənzətməsi
ABŞ-ın Uest Virciniya Əyalət Məclisinin binasına Respublikaçılar tərəfindən asılan afişada, ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü Ilhan Omar "terrorçuya" bənzədilib.
West Virciniya Əyalət Məclisinin binasına son dövrdə anti-semitizm mübahisələrinin mərkəzində olan Konqres üzvü Omarın 11 sentyabr hücumlarını həyata keçirən terrorçulara bənzədildiyi afişa asılıb.
Uest Virciniyada Respublikaçı Partiyanın bir tədbirində ortaya çıxan və sosial mediada yayılan afişada, Ilhan Omar və arxasında 11 sentyabr 2001-də Nyu-Yorkdakı əkiz qüllələrə edilən hücum anının olduğu bir foto yer alır.
Üst hissəsində "Heç vaxt unutmayacağıq dediniz" sözləri yazılan afişada, İlhan Omarın fotosunun altında isə "Mən sizin unuttuğunuzun sübutuyam" yazısı diqqəti çəkir.
Afişanı sosial media hesabında paylaşan Uest Virciniya Əyalət Məclisinin Demokrat üzvü Mayk Puşkin, "Niyə Respublikaçı həmkarlarım üçün İslamofobik bir plakatın asılmasının səhv olduğunu demək bu qədər çətindir" sözləri hadisəyə təpki göstərib.
Demokrat və Respublikaçı məclis üzvləri arasında mübahisə
“NBC”-nin xəbərinə görə, sözügedən afişa ilə bağlı Məclisin Demokrat üzvləri ilə Respublikaçı konqresmen Anna Liberman arasında mübahisə olub.
Demokrat Məclis üzvü Mayk Angelucci, Libermanın "Bütün Müsəlmanlara terrorçu" dediyini iddia edərək, "Müsəlmanlar terrorçu deyil. Xristianlar da insanları öldürdü. Bu, bütün Xristianların terrorçu olduğu mənasına gəlməz. Mən Xristianam və bununla qürur duyuram, amma terrorçu deyiləm. Libermanın bu əyalətin insanlarını təmsil etməsini istəmirəm" deyib.
Hadisədən sonra haqqındakı iddiaları rədd edən Liberman vəzifəsindən istefa verdiyini açıqlayıb. Libermanın istefa məktubu dünənki məclis toplantısında oxunub.
Demokrat və Respublikaçı üzvlər arasındakı mübahisə məclis toplantısında da davam edib.
OMARDAN TƏPKİ
Mübahisələrin mərkəzindəki Müsəlman Konqresmen Ilhan Omar da baş verənlərə sosial mediadan təpki göstərib.
Omar Twitter-dən etdiyi açıqlamada, "Daxili terrorun ölüm siyahısında olduğuma və bölgədəki benzin stansiyalarındakı “İlhan Omara sui-qəsd təşkil edin” yazılarının səbəbinə dair heç bir şübhə yoxdur" deyə qeyd edib.
Tvitter mesajında “NBC”-nin də xəbərinə yer verən Omar, "Daha uzağa baxmağa ehtiyac yoxdur. Respublikaçı Partiya afişada məni terrorçuya bənzədir və heç kim onları qınamır" deyə təpki verib.
Müxalifət.az