ABŞ-da ‘pul yağışı': İnsanlar hər şeyi buraxıb dollar yığmağa başladı

Baxış sayı:
10693

ABŞ-ın Georgia əyalətində pul daşıyan zirehli avtomobil hərəkət edərkən qapısı açılınca, banknotlar havaya sıçrayaraq yola səpilib.
 
ABŞ mediasında yer alan xəbərlərə görə, Atlanta şəhərinin şimalındakı 285 saylı şossedə hərəkət edən zirehli pul avtomobilinin qapısı açılınca, daşıdığı pullar ətrafa saçılıb.
Zirehli avtomobilin arxasınca gələn digər avtomobillərin sürücüləri havada uçuşan dollarları görüncə avtomobillərini kənara çəkərək, ətrafa saçılan dollarları tutmağa çalışıb.
Hadisə yerinə gələn polis zirehli avtomobildəki heyətin hadisəni görənə qədər 175 min dolların yola səpildiyini və şosseyə səpilən pulların çoxunun digər sürücülər tərəfindən toplandığını ifadə edib.
Müxalifət.az