ABŞ-da polislər güllələndi: 2 ölü, 1 yaralı

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs tapançadan açdığı atəşlə iki polis işçisini öldürüb, birini isə yaralayıb.
Bu barədə Fox News telekanalı məlumat yayıb.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, insident şənbə günü Palm-Sprinqs şəhərində qeydə alınıb. Polis naryadı ailə münaqişəsini yoluna qoymaq üçün fərdi evlərdən birinə gəlib. Evin sakinlərindən biri söhbət əsnasında tapançasını çıxararaq polislərə atəş açıb. İki polis əməkdaşı hadisə yerində keçinib.
Hadisənin baş verdiyi ev onlarla polis naryadı tərəfindən əhatəyə alınıb, əraziyə həmçinin polisin xüsusi təyinatlı dəstəsi cəlb olunub.
İlkin məlumata görə, cinayətkarın hələ evi tərk etmədiyi bildirilir.