​ABŞ-da öldürülən Nail Salamov kimdir?

Baxış sayı:
13018

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Pensilvaniya ştatında yaşayan 37 yaşlı azərbaycanlı Nail Salamov odlu silahla qətlə yetirilib.
Muxalifet.az-ın azvision.az-a istinadən məlumatına görə, N.Salamov 1982-ci ildə Azərbaycanda anadan olub. O, Dövlət Neft Akademiyasını (ADNA) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib, Pensilvaniya Dövlət Universitetində təhsil alıb.
N.Salamov bank sistemində çalışıb. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb.