​ABŞ-da oğurlanmış sərnişin təyyarəsi qəzaya uğradı

Baxış sayı:
1831

ABŞ-da Sielt yaxınlığında “icazəsiz uçuş” həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, ilkin məlumata görə, təyyarəni 29 yaşlı intihara meyilli kişi idarə edib və göyərtədə ondan başqa heç kim olmayıb.
Sahil-mühafizə xidmətinin məlumatına görə, təyyarə Sietlin Takoma aeroportundan oğurlanıb. Təyyarəni saxlamaq üçün F-15 hərbi qırıcıları havaya qalxıblar və qəzanın şahidi olublar.
Hadisə yerinə xilasedicilər yollanıb. Hava limanı bir müddət reysləri dayandırıb, lakin sonra işini bərpa edib.
Polis oğurluq hadisəsinin terrorla bağlı olmadığını bildirib. Sayt əlavə edib ki, aeroportun dispetçerləri oğurluq edən şəxslə danışıq apararaq, onu şəhər üzərindən kənara apara biliblər.
Cinayətkarın kimliyi hələlik dəqiq bilinmir, hava limanının əməkdaşı olduğu ehtimal olunur.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını müəyyənləşdirir.