ABŞ-da oğlanlara verilən adların siyahısında ilk onluğa Məhəmməd adı daxil olub

Baxış sayı:
859

Məhəmməd adı ABŞ-da yeni dünyaya gələn oğlanlara ən çox qoyulan adlar siyahısında ilk dəfə olaraq ilk 10-a girib.
Valideynlər üçün nəzərdə tutulan BabyCenter vebsaytında yer alan məlumata görə, qız adları arasında ilk onluğa Aliya adı daxil olub.
Məhəmməd və Aliyə 10-cu yerdən Meyson və Layla adlarını çıxarıb.
Müqayisədə ən ənənəvi kişi adı hesab edilən Con adı 42-ci yerdə gəlir.
Məhəmməd adı uzun müddətdiq dünya boyu ən populyar adlar siyahısında yuxarı yerlərə qalxırdı. Ona görə də biz bilirdik ki, yaxlnlarda bu ad ABŞ-da da ilk onluğa girəcək”, - deyə, BabyCenter adlı beynəlxalq saytın baş direktoru Linda Mürrey bildirib. “Müsəlman ailələr tez-tez Məhəmməd peyğəmbərə hörmət əlaməti olaraq və uşağa xeyir-dua məqsədi ilə ilk övladlarına Məhəmməd adını qoyurlar”, o əlavə edib.
Sosial təminat proqramının məlumatlarına görə, Məhəmməd adlı 2000-ci ildə 620-ci yerdən yuxarı qalxmağa başlayıb.
Babycenter-in məlumatına əsasən, Böyük Britaniyada Məhəmməd adı artıq ard-arda üç ildir ən populyar oğlan adıdır.
Muxalifet.az