​ABŞ-da naməlum uçan obyektlər peyda olub - QIRICLAR HAVAYA BURAXILIB

ABŞ-ın hava sahəsində naməlum uçan aparat peyda olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aparat Oreqon səmasında qeydə alınıb və bu, aviadispetçerlərin təşvişinə səbəb olub.
İnsident oktyabrın 25-də baş versə də, mətbuat bu gün xəbər tuta bilib. Sərnişin təyyarələrinin pilotları bildiriblər ki, aparat ağ rəngdə olub və 10 kilometr yüksəklikdə 700 km/saat sürətilə hərəkət edib.
Naməlum aparatı ələ keçirmək üçün F-15 qırıcıları havaya buraxılıb. Lakin qırıcılar obyektin qarşısını ala bilməyiblər və o, yoxa çıxıb. Naməlum uçan obyekt müasir sistemlərdən yayına bilərək gizlənməyə nail olub.
Faktı ABŞ Hərbi-Hava Qüvvələri və Mülki Aviasiya Federal İdarəsi də təsdiqləyib.