ABŞ-da məscidə od vuruldu

Baxış sayı:
4762

ABŞ-ın Kaliforniya ştatında məscidə hücum olub.
Euronews.com-un məlumatına görə, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib.
Naməlum şəxslər məscidin divarına od vurublar. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
Araşdırmaların aparılması səbəbindən məsciddə sübh namazı təxirə salınıb.
Bundan başqa, polis məscid yaxınlığındakı yolda Yeni Zelandiyada 50 nəfərin həyatına son qoyan iki məscidə hücumla əlaqədar yazı aşkar edib.
Virtualaz.org xatırladır ki, dünən KİV-də Yeni Zelandiyadakı məscidlərə terror hücumundan sonra oxşar faciənin əvvəllər bu cür olaylarla üzləşən ABŞ-da təkrarlanmasının qarşısını almaq və Amerikada məscidlərdə ibadət edən müsəlmanların təhlükəsizliyinin təmini məqsədilə “Müsəlman İcması Patrulu” adlı xidmətin fəaliyyətə başladığı barədə məlumat yayılmışdı.