ABŞ-da meşə yanğınları: 550 NƏFƏR İTKİN DÜŞÜB

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları başlayıb. 
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar nəticəsində 23 nəfər ölüb, 100-dən çox insan isə xəstəxanalara yerləşdirilib. 
Eyni zamanda 550 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Alov 3500-dən çox binanı, o cümlədən Napa dərəsindəki 13 şərab təsərrüfatını məhv edib. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.