"ABŞ-a da Meksika ilə sərhəddə Obmanın evinin ətrafındakı hasardan lazımdır" - PREZİDENT

Baxış sayı:
5926

ABŞ-ın keçmiş prezidenti Barak ObamaVaşinqtondakı evinin ətrafında ailəsinin təhlükəsizliyi üçün təqribən 3 metr hündürlüyündə hasar çəkdirib, Birləşmiş Ştatlara da ölkənin mühafizəsi üçün Meksika ilə sərhəddə yüksək fiziki divar lazımdır. Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu bazar günü Ağ ev rəhbəri Donald Tramp öz "Twitter" səhifəsində yazıb. "Prezident Obama həyat yoldaşı ilə Kolumbiya dairəsindəki malikanəsinin ətrafında 10 fut hündürlüyündə hasar çəkdirib. Mən razıyam - bu, onların təhlükəsizliyi üçün lazımdır. Birləşmiş Ştatlara da belə bir şey lazımdır, amma daha geniş miqyasda", - deyə o bildirib.