ABŞ-da kütləvi iğtişaşlar zamanı 11 nəfər ölüb

Baxış sayı:
1651

ABŞ-da Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı keçirilən kütləvi etiraz aksiyalarında ən azı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

“Associated Press” xəbər verir ki, iğtişaşlar zamanı xəsarət alanlar əsasən Çikaqo, Detroyt, Omaha, Davenport, Oklend və Luisvildən olan mühacirlərdir.
 
Onların əksəriyyətinin afroamerikalı olduğu bildirilir.