ABŞ-da kuryerlik edən Fərid Məmmədov amerikalı müğənni ilə konsert verdi - FOTO

Baxış sayı:
2638

ABŞ-da kuryer kimi çalışdığı deyilən azərbaycanlı müğənni Fərid Məmmədov Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verib. Haberler.com-un məlumatına görə, “Mədəniyyətlərin görüş nöqtəsi Türkiyə” adlı konsertdə iştirak edən Fərid Məmmədov Tüurkiyəyə gələndən sonra müsəlmanlığı qəbul edən Della Miles ilə eyni səhnəni paylaşıb. Eskişehirdə baş tutan konsert “Dünya köçkünlər günü”nə həsr olunub. Qeyd edək ki, “Eurovision-2013”də Azərbaycanı İsveçrədə “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır.