ABŞ-da həmvətənimizi güllələyən QATİL TUTULDU - VİDEO/FOTOLAR

Baxış sayı:
15838

Ötən ayın 14-də ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində qətlə yetirilmişç həmvətənimiz Elçin Xəliloviin qətlində şübhəli bilinən qatil yaxalanıb. Bu barədə mətbuata Şarlotta polisi məlimat verib.
Muxalifet.az-ın www.wsoctv.com-a istinadla verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Tayron Lamark Miller adlı bu adam dünən Texas ştatının Dallas şəhərində həbs olunub. 
Onun son beş ildə ABŞ-da yaşayan Elçin Xəlilovu işlətdiyi mağazada güllələdiyi məlum olub. 
Cinayətin baş verdiyi ərəfəni göstərən videoda görünür ki, başlıqlı və hər qoluna "love" yazılmış gödəkçə geymiş Miller Şimali Şaron-Rouddakı FixEr elektronika mağazasına gedir.  
Qeyd edək ki, Elçin Xəlilov Şarlottada mobil telefonların təmiri və satışı ilə məşğul  olub. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. O, Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub./musavat