ABŞ-da həbsxana personalı işdən qovuldu - FAŞİST SALAMI VERDİYİNƏ GÖRƏ

Baxış sayı:
334

ABŞ-da faşist salamı verən həbsxana personalının fotoşəkili ölkədə böyük qalmaqala səbəb olub. Bu şəkildə Qərbi Virciniya İslah və Reabilitasiya bölməsinin əməkdaşları üzərində “Hayl Byrd” yazılan divarın önündə kollektiv şəkildə nasist salamı verərkən əks olunublar.

BBC telekanalının saytı xəbər verir ki, Qərbi Virciniya ştatının qubernatoru faşist salamı verən əməkdaşların işdən qovulması barədə əmr imzalayıb. Bildirilir ki, 30 nəfərlik həbsxana personalı təlim proqramında iştirakdan sonra bir yerə toplaşaraq xatirə şəkili çəkdirmək istəyib. Bu zaman onlardan biri faşist salamı verməyi təklif edib. Əməkdaşların adları açıqlanmır. Bu qalmaqalla bağlı ABŞ-ın Hərbi Məsələlər və İctimai Təhlükəsizlik Departamenti də məlumat yayıb.

Ştatın qubernatoru Cim Castis “The Washington Post” nəşrinə müsahibəsində sözügedən əməkdaşların hərəkətini kəskin şəkildə pisləyib və onların barəsində təhqiqat aparılacağını bildirib. O, bunu peşə vəzifəsinə xəyanət kimi qiymətləndirib.