​ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı - Yeni xəbər

Baxış sayı:
6298

ABŞ-da həbsdə saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın işi ilə bağlı yeni məlumat üzə çıxıb.
Muxalifet.az xəbər verir ki, Zərrabın həbsxana nəzarətçisi Viktor Kasado məhkəməyə çıxaraq rüşvət aldığını etiraf edib.
Kasadonun ifadəsini dəyişdirməsi və rüşvət aldığını etiraf etməsi səbəbindən məhkəmə prosesinin davamı sentyabr ayına təxirə salınıb.
Qeyd edək ki, o, Rza Zərrabdan Manhettendə yerləşən Metropolitan həbsxanasında onu içki, narkotik vasitə və qadınla təmin etməsi üçün 45 min dollar rüşvət almaqda ittiham edilir.