ABŞ-da gizli TÜRKİYƏ MÜZAKİRƏSİ

Baxış sayı:
7663

Türkiyə ilə ABŞ arasında Suriya münaqişəsini həll etmək üçün yaradılan komitə iclası ərəfəsində Konqresdə Türkiyə əleyhinə gizli bir müzakirə iclasının keçirildiyi ortaya çıxıb.
 
Suriya, FETÖ və PKK mövzularında Türkiyə-ABŞ arasındakı fikir ayrılıqlarını həll etmək üçün 3-lü komitə iclaslarından birincisi dünən Vaşinqtonda keçirilib.
 
ABŞ KONQRESİNDƏ GİZLİ İCLAS
 
Komitələrin ilki Suriya məsələsi ilə bağlı toplaşıb. Türkiyənin Münbiçi terror təşkilatı PYD/PKK-dan təmizlənməsi tələbi müzakirə olunub. Ancaq görüşdən əvvəl ABŞ Konqresində reallaşan gizli daha bir toplantının keçirildiyi üzə çıxıb.
 
TÜRKİYƏNİ SIXIŞDIRMAQ PLANLARI
 
Konqres mənbələrindən əldə edilən məlumata görə, iclasda komitə iclaslarına qarşı mövqe ortaya qoyulub və Türkiyəni küncə sıxışdırmaq planları müzakirə olunub. Bəzi üzvlər, Rusiyadan S-400 raket sistemi alması qarşılığında "Türkiyəni F-35 qırıcı təyyarə layihəsindən kənara çəkək" təklifi ilə çıxış edib. Türkiyənin F-35 layihəsinin tədarükçüsü olduğunu iddia edərək, Türkiyədən artıq təyyarə detallarının alınmamasını istəyib. Ancaq Türkiyə F-35-in tədarükçüsü deyil, layihənin tərəfdaşı olduğu üçün belə bir ehtimal yoxdur.
 
YENİ VİZA BÖHRANI YARADAQ
 
Digər tərəfdən, Türkiyə ilə danışıqlarda ABŞ-ın xeyrinə nəticələr çıxmadığı halda yeni viza böhranı yaradılması da təklif edilib.
Müxalifət.az