​ABŞ-da erməni mafiyasının üzvləri həbs edildi

ABŞ-ın Los-Anceles şəhərində erməni mafiyasının 12 üzvü həbs edilib. Hurriyyet.org xəbər verir ki, onlar klinikalar vasitəsi ilə qanunsuz şəkildə narkotik tərkibli həblər satmaqda ittiham edilirlər. Onların arasında 36 yaşlı Minas Matosyan, Armen Simonyan (52 yaş), Qrişa Sayyadyan (66 yaş), Fred Minssyan (50 yaş), Hayk Matosyan (30 yaş), Anahit Quyumcan (27 yaş) və Sabrina Quberman (45 yaş) vardır.
Həbs edilənlər arasında bir vəkil və 7 nəfər boş klinika sahibi var. Bu yalançı klinikalar vasitəsi ilə qara bazara minimum 2 milyon həb çıxarılıb. Həbs edilənlərin demək olar ki hamısı Los-Ancelesin şimalındakı Qlendeyl şəhərciyində və onun ətrafında yaşayırlar – burada uzun illər ərzində Ermənistandan gələn ermənlərdən ibarət böyük bir icma formalaşıb.
Cinayətkar dəstənin başçısı Mayk Mazerati ləqəbli  Minas Matosyan hesab edilir. İttiham edən tərəf ona 165 ilə qədər həbs cəzası tələb edir. İstintaqın aşkarladığına görə, Matosyan muzdla həkimləri işə götürür, cinayətkarlar onların adından apteklərdən oksikodon preparatı və digər narkotik tərkibli dərmanları almaq üçün reseptlər yazır, sonra isə bu həblər küçə ticarətçiləri tərəfindən satılırmış. Həkimlər tibbi fəaliyyətlə məşğul olmadıqları halda, bu respetlərə görə haqq alırmışlar. FTB-nin apardığı telefon dinləmələrindən bəlli olur ki, Matosyan öz klinikasında həkimləri işə götürür və onlara “ayda 20 min dollara evdə oturub heç nə etməməyi” təklif edirmiş. Yəni faktiki olaraq klinikalar heç bir fəaliyyət göstərmirmişlər. Onlar periodik olaraq bağlanılır, əvəzinə yeniləri açılırmış.
Cinayət işinin materiallarından bəlli olur ki, Mayk Mazerati həm də həkimlərin ticatəri ilə məşğul olurmuş – onları digər belə firmalara göndərirmiş. Qeydə alınmış telefon danışığında klinikalardan biri həkimi 120 min dollara almaq istəmədikdə, Matosyan həkimi geri qaytarmaqdan imtina edərək pulu istəyib: “Həkimlər mənim üçün geyilmiş paltar kimidir, onlar mənə lazım deyil”.
Üstəlik resetlər həkimlərin özlərinin xəbəri olmadan onların adından yazılırmış. İttihamın bildirdiyi kimi, cinayətkarlar onlarla əməkdaşlıq eləmək istəməyən həkimlərin şəxsi məlumatlarını oğurlayıblar. Onların soyadlarının qeyd etdikləri blanklarda oksikodon reseptləri yazılırmış.
Mayk Mazeratiyə hüquqi köməyi həbs edilmiş erməni vəkil Fred Minassyan edirmiş.