ABŞ-da daha bir silahlı hücum şoku!

Baxış sayı:
3808

Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatında bir məktəbə silahlı hücum təşkil olunub.
 
Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatına bağlı Wilmington şəhərində yerləşən Topsail Litseyinə girən bir adam atəş açıb.
Polisin atəşə cavab verdiyi bildirilib.
“TIME”-a danışan bir fövqəladə hal səlahiyyətlisi, "Bütün birliklərimiz səfərbər oldu" deyib.
Qeyd edək ki, dünən ABŞ-ın Kaliforniya ştatında Thousand Oaks bölgəsində bir bara silahlı hücum təşkil edilmiş, təcavüzkar da daxil, 13 nəfər həyatını itirmişdi.
Müxalifət.az