​ABŞ-da çalxalanma: Tramp vəzifədən gedir? - Foto

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasını idarə edən Paul Manafort və iş ortağı Rik Qeytsin hüquq-mühafizə orqanlarına gələrək təslim olmaları tələb edilib.
ABŞ mediası bunu Trampın prezident postundan kənarlaşdırılması prosesinin ilk mərhələsi kimi təqdim edib.
Məlumata görə, bu qərar Donald Trampın 9 aylıq hakimiyyətində dönüş nöqtəsi ola bilər. Seçki kampaniyasını idarə edən Manafort bu gün hüquq-mühafizə orqanlarına gələrək təslim olacaq. İstintaq çərçivəsində baş verən həbslər Ağ Ev üçün vacib həqiqətlərin üzə çıxmasına səbəb olacaq.
Qeyd edək ki, ABŞ polisinin Prezident Trampın kabusuna çevrilən istintaqla bağlı sabahdan etibarən həbslərə başlayacağı bildirilsə də, Manafortun vəkili ilə birlikdə FTB ofisinə daxil olarkən görüntüləri yayılıb./Axar.az/