ABŞ-da böyük təlaş!

Baxış sayı:
4879

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqona göndərilən iki ədəd paketdə zəhərli kimyəvi maddə olduğu açıqlanıb. Pentaqona çatmamışdan öncə poçtda müəyyən edilən zərflərin içərisində risin maddəsi olduğu bildirilib. Pentaqona çatan bütün paketlərin karantinə alındığı və bu an üçün hər hansı bir təhlükə olmadığı qeyd edilib. PENTAQONA ÇATSAYDI BİR ÇOX İNSANI ÖLDÜRƏ BİLƏRDİ Gənəotundan əldə edilən və yüksək miqdarda öldürücü zəhərli maddə ehtiva edən risinin 20 min insanın hər gün çalışdığı Pentaqona çatdığı təqdirdə bir çox ölümə səbəb ola biləcəyi ifadə edilib. Risinin ilk təsirləri qida zəhərlənməsi şəklində ortaya çıxır, ürəkbulanma və qusma ilə başlayan təsirlər qarın və bağırsaqda daxili qanaxma kimi davam edir. Son mərhələdə isə böyrək və ciyər çatışmazlığına səbəb kimi qan dövranı sistemini çökdürür və ölümə səbəb olur. Toz kimi tənəffüs yolu ilə və ya udulduğu təqdirdə çox az miqdarı belə bir yetkin insan üçün ölümcül ola bildirilir. Maddə ilə bağlı FTB və Pentaqon qoruma bürosu araşdırma başladıb və maddənin laboratoriyada tədqiqindən sonra yeni tapıntıların ortaya çıxması gözlənilir. Müxalifət.az