“ABŞ-da bir malımız var, o da FƏTÖ-dür. Onu da oradan gətirəcəyik” - Türkiyənin daxili işlər naziri Süleyman Soylu

Baxış sayı:
3451

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın keşiş Endrü Bransonun həbsi ilə əlaqədar ona və ədliyyə naziri Abdulhamit Gülə qarşı sanksiyalar tətbiq eləməsi (Amerikadakı mal varlıqlarının, maddi vəsaitlərinin dondurulması və ABŞ-a getmələrinin qadağan edilməsi) ilə bağlı “Tvitter” sosial şəbəkəsində yazı paylaşıb. Paylaşmada deyilir: “Amerikada bir malımız varsa, o da FƏTÖ-dür. Onu da orada qoymayacağıq, alacağıq”.

Qeyd edək ki, rahib Branson FƏTÖ və PKK terror təşkilatları ilə əlaqədar fəaliyyətdə ittiham edilir. Türkiyədə 15 iyul çevrilişinə rəhbərlikdə ittiham edilən saxta din xadimi Fətullah Gülən isə ABŞ-ın Pensilvaniya ştatında məskunlaşıb və Türkiyənin tələblərinə baxmayaraq, təhvil verilmir(hurriyyet.org).