​ABŞ-da ayı narkomanı yedi

Baxış sayı:
7183

ABŞ-ın Appalaç dağlarında itmiş və qalıqlarını ayı yemiş kişinin ölüm səbəbi müəyyən edilib.
“USA Today”in məlumatına görə, 11 sentyabr 2018-ci ildə Qreyt-Smoki Mauntins milli parkının ərazisində 30 yaşlı kişinin meyiti aşkarlanıb.
Cansız bədənin yanında şprislər və narkotik vasitənin qəbulu üçün ləvazimatlar olub. Meyiti gəmirən qara ayı bir neçə saat insanların yaxınlaşmasına macal verməyib.
Qurbanın şəxsi əşyaları və özünəməxsus döymələri (kəllə sümük, “AC/DC” qrupunun emblemi və “Redneklərdə belə qəbul olunub” yazılı Konfederasiya bayrağı) əsasında kimliyi müəyyən edilib. Həmin şəxs Tennessi ştatının Luisvill şəhər sakini 30 yaşlı Uilyam Li Hill-kiçik (William Lee Hill Jr.) olub.
İddiaya görə, ölümündən dörd gün əvvəl ən yaxın dostu ilə meşəyə jenşen axtarmağa yollanıb. Meyitin ekspertizasının nəticələri fevralın əvvəlində ictimailəşdirilib. Mütəxəssislər müəyyən edib ki, ölüm səbəbi artıq dozada metamfetamin qəbulundan zəhərlənmə olub. Ayının onu ölümündən sonra gəmirdiyi bildirilir.
Adamyeyən ayı sentyabrın 16-da meşəbəyilər tərəfindən öldürülüb. Qurbanla meşədə jenşen axtaran dostu oktyabr ayında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır.