ABŞ-da axır ki anladılar: TÜRKİYƏ OLMAZSA, BU İŞ OLMAZ!

Baxış sayı:
10717

ABŞ-ın nüfuzlu iqtisadiyyat jurnallarından “Bloomberg Businessweek” bu gün bir məqalə dərc edib.
 
 ABŞ Hava Qüvvələrində 20 ildən artıq xidmət edəndən sonra strateji informasiya müşavirliyi edən və hazırda “Bloomberg” üçün Stajlı Müdafiə Analitiki vəzifəsini yerinə yetirən Robert Levinson tərəfindən qələmə alınan məqalədə son dövrdə Türkiyə ilə ABŞ arasında ciddi bir böhrana səbəb olan F-35-lər şərh olunub.
“Lockheedin F-35-lərinin Türkiyə problemi var" başlığı ilə dərc olunan məqalədə, "Konqres, Türkiyəyə döyüş təyyarələrinin satışını əngəlləyə bilər. Ancaq bir problem var, bu ölkə F-35-in ən əhəmiyyətli hissələrini istehsal edir" deyə, şərh edilib.
F-35-in sxemi üzərindən Türk şirkətlərinin nə qədər əhəmiyyətli olduğu nəzərə çatdırılıb.
Türkiyənin Rusiyadan S-400 müdafiə sistemini satın alması ilə bağlı anlaşmadan sonra avqust ayında Konqresin satışı əngəlləmək üçün hərəkətə keçdiyi məqalədə xatırladılarkən, "Türkiyə, aviasiya və hava sənaye sahəsində qlobal liderdir və 10 Türk şirkəti 12 milyard dollarlıq detal istehsal edəcək F-35-lər üçün. Buna mərkəz gövdə və eniş komandaları kimi əsas əhəmiyyətdə olan detallar da daxildir. Daha dəqiq anlamaq xatirinə bildirək ki, idarə panelindəki ekranlar üçün Türkiyə dünyadakı yeganə mənbədir" deyə qeyd edərək Türkiyənin bu işdə nə qədər vazkeçilməz olduğu da ortaya qoyulub.
 
MATTİS KONQRESİ XƏBƏRDAR ETMİŞDİ
 
 ABŞ-ın müdafiə naziri Ceyms Mattisin iyul ayında Konqresə məktub yazaraq, "Əgər Türkiyə istehsal zəncirindən çıxarsa, istehsal dayanır və 50-75 təyyarənin təhvil verilməsi təxirə salınır. Yeni hissələri tapmaq üçün təxminən 18-24 ay geriyə düşəcəyik" deyə, qeyd etmişdi.
Müxalifət.az